EN

III Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - FOTO-VİDEO

"Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayıb.

Moderator.az xəbər verir ki, hazırda Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilir.

Prezident dünyanın müxtəlif yerlərindən gələn və yerli media mənsublarının suallarını cavablandırır.

Qeyd edək ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.

 

Chosen
65
10
moderator.az

10Sources