EN

ABŞ-da avtomobil izdihamın üzərinə sürdü: Yaralılar var

ABŞ-ın Los-Anceles şəhərində avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində 20 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Şərqi Hollivudda Santa Monika Bulvarı ilə hərəkət edən avtomobil naməlum səbəbdən izdihamın üzərinə sürüb.

Şahidlərin bildirdiyinə görə, avtomobil əvvəlcə yük maşınına çırpılıb, sonra isə gecə klubunun qarşısında gözləyən insanların üzərinə sürüb. Hadisə nəticəsində 20-dən çox insan xəsarət alıb. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu qeyd olunub.

Chosen
99
39
publika.az

10Sources