BAKI, 19 iyul. TELEQRAF
Almaniyada keçirilən 32-ci ümumdünya yay universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri Azərbaycan komandası növbəti qızıl medalını qazanıb.
Bu barədə Teleqraf-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə lentlə hərəkətlərdə 22.850 xalla Universiadanın qalibi olublar.
Qeyd edək ki, bu yarışlarda Azərbaycanın ikinci qızıl medalıdır. Komanda ilk medalı dünən qazanıb.