Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadası davam edir.

Offsideplus.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri yığmamız növbəti qızıl medalını qazanıb. Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə lentlə hərəkətlərdə 22.850 xalla Universiadanın qalibi olublar.

Qeyd edək ki, bu yarışlarda ölkəmizin ikinci qızıl medalıdır. Komandamız ilk medalı dünən qazanıb.