EN

Prezident İlham Əliyev: Azərbaycan mediasının inkişafı məni çox sevindirir

Xankəndi. Trend:

Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadamki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalqmüstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlədeyirəm.

Trend xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları iləgörüşündə söyləyib.

“Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, cidditəhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldəedib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eynizamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmandabəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”, - deyə dövlətimizinbaşçısı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan mediası artıqistənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdirvə bu, çox önəmli reallıqdır.

Chosen
32
50
az.trend.az

10Sources