EN

Güllü Ağalarzadə: "Biz çox güclü komandayıq"

"Dünən Universiadanın çoxnövçülük proqramında qızıl medal qazandıq. Bu gün isə ayrı-ayrı alətlər bir qızıl və bir gümüş əldə etdik".

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə jurnalistlərə açıqlamasında deyib.

O, komanda yoldaşlarına təşəkkür edib: "Əldə olunan nəticələrə görə çox xoşbəxtik. Azərbaycan gimnastikasının tarixi medallardır. Bir aydan sonra dünya çempionatı olacaq. Bu müddət ərzində səhvlərimiz üzərində işləyib, orada məqsədimizə çatmaq istəyir. Universiadada qazanılan uğur bu yolda atılan addımdır. Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir. Komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Biz çox güclü komandayıq. Dünən və bu gün bütün gücümüzü qoyduq və ümid edirəm ki, nəticələrimiz digər idmançılar üçün motivasiya olacaq".

Qeyd edək ki, gimnastika üzrə qrup hərəkətləri komandası Universiadad iki qızıl və bir bürünc medal qazanıb.

İdman.biz

Chosen
48
idman.biz

1Sources