EN

HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail Silahlı Qüvvələri və Baş Təhlükəsizlik Xidməti 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edən HƏMAS qruplaşmasının "Dərəc Tufak" komandirini məhv edə bildiklərini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məhv edilən yaraqlının Məhəmməd Uthain olduğu məlum olub. 

Əməliyyat 2023-cü il oktyabrın 7-də baş vermiş hücumun iştirakçılarının məhv edilməsi üzrə ümumi əməliyyat kontekstində həyata keçirilib.

Ağarza Elçinoğlu 

Chosen
32
unikal.az

1Sources