Səudiyyə Ərəbistanının "yatmış şahzadəsi" Əl-Valid bin Xalid bin Talal əl Səud 36 yaşında vəfat edib.
"Uunikal" xəbər verir ki, oğlunun ölümünü onun atası şahzadə Xalid bin Talal bin Əbdüləziz sosial şəbəkədə açıqlayıb.
Gənc Londonda oxuyarkən avtomobil qəzasında ağır kəllə-beyin travması alıb və iyirmi ildən çox komada qalıb. Qəza vaxtı onun 16 yaşı olub.
Bu illər ərzində həkimlər dəfələrlə kral ailəsinə şahzadənin sağalma şansının olmadığını, onu süni olaraq həyatda saxlamağın mənasız olduğunu bildiriblər. Lakin ata oğlunun həyatına son qoymaqdan imtina edib.