EN

Azərbaycan klubunda iki əcnəbi - 1 illik müqavilə imzalandı

Qadın həndbolçulardan ibarət “Kür” komandası heyətinə iki yeni oyunçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, serbiyalı Teodora Petkoviç və monteneqrolu Esma Muratoviç Mingəçevir təmsilçisinə keçiblər.

Onlarla 1 illik müqavilə imzalanıb.

“Kür” Avropa Kubokunun ikinci təsnifat mərhələsində Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə qarşılaşacaq. Bu raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

Chosen
46
13
sportinfo.az

5Sources