EN

Gəncə teatrı beynəlxalq festivalda mükafata layiq görülüb

Gürcüstanda keçirilən və 10 gün davam edən “Nodar Dumbadze – Gürcü Ədəbiyyatı” adlı beynəlxalq teatr festivalında Azərbaycan, İspaniya, Özbəkistan, Qazaxıstan, İsrail və Yunanıstan teatrları ilə yanaşı, 15 yerli gürcü teatr kollektivi iştirak edib. 

Festivalda Nodar Dumbadzenin və digər gürcü klassiklərinin əsərləri əsasında səhnələşdirilmiş 21 tamaşa təqdim olunub. Azərbaycanı təmsil edən Gəncə Dövlət Milli Dram Teatrı, Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrı ilə birgə hazırladığı tamaşanı təqdim edib. Tamaşa N.Dumbadzenin “Kukaraça” əsəri əsasında hazırlanmışdır. Bu uğurlu müştərək layihə festivalın "Ən yaxşı müştərək layihə" nominasiyası üzrə qalib gələrək xüsusi mükafata, diplom və hədiyyələrə layiq görülüb.

Tamaşanın bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, layihə koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərov, quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi Vasili Ciqoqidze, quruluşçu rəssamı isə Lomqul Murusidzedir.

                                                                        

S.ƏLİYEV,

“Azərbaycan”

Chosen
330
1
azerbaijan-news.az

2Sources