EN

"Yatmış şahzadə" 20 il komada qaldıqdan sonra vəfat etdi

Səudiyyə Ərəbistanının "yatmış şahzadəsi" Əl-Valid bin Xalid bin Talal əl Səud 36 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, oğlunun ölümünü onun atası şahzadə Xalid bin Talal bin Əbdüləziz sosial şəbəkədə açıqlayıb.

Gənc Londonda oxuyarkən avtomobil qəzasında ağır kəllə-beyin travması alıb və iyirmi ildən çox komada qalıb. Qəza vaxtı onun 16 yaşı olub.

Chosen
26
6
demokrat.az

10Sources