Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə komanda yarışlarına start verilib.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Nazilə Rəhimova, Aynur Quliyeva və Xədicə Həsənlidən ibarət heyət Səudiyyə Ərəbistanı yığmasına 45:36 hesabı ilə qalib gələrək ən güclü "16-lığ"a yüksəlib.
Komandamız növbəti mərhələdə Ukrayna seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:10-da başlayacaq.
Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə komandamız isə Bakı vaxtı ilə saat 12:00-da Qazaxıstan millisi ilə qarşılaşacaq.
İdman.biz