EN

Novxanıda iki yeniyetmə dənizdə batıb - YENİLƏNİB

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

Moderator.az məlumat verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

10:48

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
 
FHN-dən Moderator.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
 
Əlavə məlumat veriləcək.
 
Chosen
21
11
moderator.az

10Sources