EN

Azərbaycan taekvondoçuları Universiadaya uğurla başlayıblar

Azərbaycan taekvondoçuları Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasında çıxışlarına uğurla başlayıblar.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Rahid Vəliyev (58 kq) ilk döyüşdə Oman təmsilçisi Əbdül Əl Cəbriyə, Taleh Süleymanov (80 kq) danimarkalı Emil Brenqbeilə qalib gəlib.

Eyni zamanda, digər təmsilçimiz Səmərrux Osmanova (49 kq) yaponiyalı Hinata Okazakini məğlub edib.

Zəki Feyzullayev
İdman.biz

Chosen
24
idman.biz

1Sources