EN

UFC karyerasını məğlubiyyətlə bitirdi

İyulun 19-dan 20-nə keçən gecə Yeni Orleanda "Smoothie King Center" arenasında UFC 318 turniri keçirilib.

Azreform.info xəbər verir ki, gecənin əsas döyüşündə Maks Hollouey və Dastin Porye qarşılaşıb.

Döyüş bütün raund davam edib.

Hakimlərin yekdil qərarı ilə Hollouey qələbə qazanıb. Beləliklə, o, BMF titulunu qoruyub.

Porye isə rəsmi olaraq peşəkar karyerasını başa vurub. 36 yaşlı idmançının UFC karyerası boyunca 30 qələbəsi və 10 məğlubiyyəti var. Porye UFC-nin yüngül çəki dərəcəsində çempionu olub.

Holloueyə gəlincə, onun 27-ci qələbəsi və səkkiz məğlubiyyəti var.

Chosen
27
4
azreform.info

8Sources