Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Şelburn” (İrlandiya) - “Qarabağ" oyununun biletləri tükənib.
"Football-plus.az" xəbər verir ki, bu barədə İrlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
5750 tamaşaçı tutumuna malik "Tolka Park" stadionunda baş tutacaq qarşılaşma üçün bütün biletlər satılıb.
Xatırladaq ki, "Şelburn" və "Qarabağ" arasında ilk oyun iyulun 23-də Dublində, Bakı vaxtı ilə saat 22.45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20.00-da başlayacaq.
Topics