EN

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"

"Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşü Bakı tərəfindən konstruktiv və işgüzar əsaslarda keçirilmiş kimi qiymətləndirilir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Danışıqların əsas xüsusiyyətlərindən biri onların hər hansı vasitəçilər və ya üçüncü tərəflərin iştirakı olmadan keçirilməsi oldu", - deyə Hacıyev qeyd edib.

Chosen
55
11
far.az

10Sources