EN

Məşhur rusiyalı müğənni axtarışa verildi

Məşhur müğənni, Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib.

Bizim.Media xəbər verir ki, müvafiq informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumat bazasında yer alıb.

UTX-nin materiallarındakı məlumatlara əsasən, o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.
 

Nikolay Baskov 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyatları fəal şəkildə dəstəkləyir. 2023-cü ildə sənətçi Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan Qərb tanklarını sıradan çıxaran hər kəsə 1 milyon rubl ödəyəcəyini vəd etmişdi.


Nikolay Baskov 2004-cü ildə Ukraynanın Xalq artisti olub. 2024-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski onu bu addam məhrum edib.

Bizim.Media

Chosen
31
12
bizim.media

10Sources