EN

ISW: Ukrayna qoşunları bu istiqamətində irəlilələyir

BAKI, 20 iyul. TELEQRAF

Ukrayna hərbçiləri cəbhə xəttinin ən gərgin istiqamətlərindən biri olan Pokrovski istiqamətində irəliləyiş əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin məlumatına görə, geo-məkanlı video görüntülər Ukrayna Silahlı Qüvvələrinin Pokrovska şimal-şərqdə yerləşən Nikolaevka kəndinin şimal hissəsində mövqelərini irəliyə çəkdiyini təsdiqləyir.

Eyni zamanda, ISW qeyd edir ki, ruslar Novoyeconomiçnoyenin qərbində irəliləyiş əldə etdiklərini iddia etsələr də, bu barədə heç bir təsdiqedici məlumat yoxdur.

Hesabatda qeyd olunur ki, Pokrovski istiqamətində Rusiya ordusunun 506-cı motostrelkov polkunun “Tayfun” adlı xüsusi dəstəsi və “AirNomads” adlı pilotsuz uçuş aparatları operatorları döyüşürlər.

İyun ayının sonunda “Tayfun” pilotsuz sistemlər dəstəsinin kəşfiyyat zabiti Aleksandr Pavlenko bildirirdi ki, bu istiqamətdə Rusiya ordusunun hücumları intensivləşib və əsasən kiçik piyada qrupları ilə aparılır.

19 iyul tarixində Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” bölməsinin nümayəndəsi Viktor Trequbov bildirib ki, işğalçılar Pokrovska hücum və Dnepropetrovsk vilayətinə nüfuz haqqında yalan məlumatlar yayırlar, lakin bu iddialar həqiqəti əks etdirmir.

Chosen
117
32
teleqraf.com

10Sources