EN

Universiada: Azərbaycan badmintonçuları Macarıstanı məğlub ediblər

Badminton üzrə Azərbaycan yığması Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada 17-24-cü yerlər uğrunda mübarizə aparıb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Aqil Kabilov və Həcər Nuriyeva cütlüyü görüşdə Macarıstan komandasına 3:2 hesabı ilə qalib gəlib.

Qadınların qoşa yarışında Həcər Nuriyeva və Nigar Səmədovanın dueti hər iki setdə rəqiblərindən güclü olmaqla komandanın qələbəsini təmin edib.

Zəki Feyzullayev
İdman.biz

Chosen
23
idman.biz

1Sources