EN

Novxanıda dənizdə batanlar məktəbli imiş - Yenilənib

Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub

“Report”un məlumatına görə, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

Chosen
28
11
qafqazinfo.az

10Sources