Roberto Junior «Qarabağ»ı məyus edib. Braziliyalı sağ cinah hücumçusu uzun müddət Ağdam klubu ilə danışıqlar aparsa və maliyyə şərtlərini razılaşdırsa da, sonda fərqli qərar verib. 2002-ci il təvəllüdlü «sambaçı» Birləşmiş Ərəb Əmirliklərinə üz tutub. Cənubi amerikalı legioner «Əl-Vəsl»lə müqavilə imzalayıb.
SPORTİNFO.AZ