EN

Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb - FOTO - YENİLƏNİB

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb.

APA-nın Abşeron bürosunun verdiyi xəbərə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyatı üzrə təhvil verilib.

***

saat 12.32

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.

APA-nın Abşeron bürosunun verdiyi xəbərə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.

Axtarış-xilasetmə işləri davam edir.

***

saat 10.39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Novxanıda Novxanıda
Chosen
7
12
apa.az

10Sources