EN

Novxanıda dənizdə batan məktəblilərin meyitləri tapıldı — YENİLƏNİB

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.

Demokrat.az xəbər verir ki, meyitlər onların ailələrinə təhvil verilib.

Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.

Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib. Ardınca onlar yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.

Faktla bağlı araşdırma aparılır.

***
10:39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.


FHN-dən Demokrat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Chosen
16
33
demokrat.az

10Sources