EN

Novxanıda dənizdə batan yeniyetmələrin meyitləri TAPILDI

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.

Bizim.Media xəbər verir ki, meyitlər ailələrinə təhvil verilib.

Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.
 

Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib.


Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən "Gilavar" restoranının yaxınlığından tapılıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

Chosen
24
33
bizim.media

10Sources