EN

Bir tikəsi miqrenə səbəb olur: zərərli 8 qida

Migren sadə baş ağrısı deyil – zonklayıcı ağrı, ürəkbulanma, səs və işığa həssaslıqla müşayiət olunan nevroloji pozuntudur.

E-saglam.az xəbər verir ki, genetik meyl, hormonal dəyişikliklər və həyat tərzindən əlavə, bəzi qidalar da miqren hücumlarına səbəb ola bilər.

Mütəxəssislərə görə, tiramin, nitrat, histamin, MSG və süni dadlandırıcılar kimi maddələr beyindəki damar quruluşuna təsir edərək miqreni tətiklə bilər. Bu səbəbdən bəzi qidalardan uzaq durmaq və ya onların miqdarını azaltmaq faydalı ola bilər.

Tətikləmə ehtimalı yüksək olan 8 qida:

Fermentasiya olunmuş məhsullar – Parmesan, duzlu kələm kimi qidalar tiraminlə zəngindir. Təzə pendirlərə üstünlük verin.

Emal olunmuş ətlər – Kolbasa, salam və pastram miqreni tetikleyə bilər. Təbii proteinlərə keçid tövsiyə olunur.

Alkoqol – Xüsusilə qırmızı şərab. Histamin və tiramin miqdarına görə ehtiyatlı olun.

Kofein – Az miqdarda faydalı ola bilər, lakin həddindən artıq və ya qəfil kəsmək baş ağrılarını artıra bilər.

Şokolad – Tiramin və kofein tərkibli olduğu üçün bəzi insanlarda hücum yarada bilər.

MSG – Dad artırıcı kimi istifadə olunur. Sinir sisteminə təsir edə bilər.

Süni dadlandırıcılar – Aspartam kimi maddələr nevroloji reaksiya verə bilər.

Sitrus və soyuq qidalar – Aura ilə əlaqəli migreni tetikleyə bilər.

Nə etməli?

Qida gündəliyi aparın, şübhəli məhsulları izləyin və miqreni artıran qidalardan uzaq durun. Təbii alternativlərə və balanslı qidalanmaya üstünlük verin.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Chosen
53
2
e-saglam.az

3Sources