Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb.
Editor.az APA-ya istinadən xəbər verir ki, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyatı üzrə təhvil verilib.
***
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.
Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.
Axtarış-xilasetmə işləri davam edir.
11:16
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.