EN

Netanyahu qidadan zəhərləndi – İşlərini evdən idarə edəcək


İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və müayinədən sonra həkimlər onun bağırsaqlarında iltihab olduğunu müəyyən edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, xəstəliyə səbəb “xarab olmuş qidaların qəbulu” olub.
"Əlavə müayinələrdən sonra baş nazirin vəziyyətinin yaxşı olduğu müəyyən edilib. Hazırda o, xəstəliklə bağlı yaranan susuzluq nəticəsində itirilmiş mayeni bərpa etmək üçün venadaxili müalicə alır", - məlumatda qeyd edilib.
Chosen
61
13
yeniavaz.com

10Sources