EN

Netanyahu zəhərlənib

BAKI, TurkicWorld

İsrail Baş naziri Benyamin Netanyahunun zəhərləndiyi və qəbul etdiyi xarab qida səbəbilə bağırsaq iltihabı keçirdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazir səhhətində yaranan narahatlıq səbəbilə müalicə alır və vəziyyəti nəzarət altındadır.

Netanyahu Qərbi Qüdsdəki evində, Hadassa Xəstəxanasında müayinə olunub. O, gecə boyunca özünü narahat hiss edib və həkimlərin tövsiyəsi ilə üç gün istirahət edəcək.

Rəsmi açıqlamada, Netanyahuya dehidratasiya (bədənində maye itkisi) diaqnozu qoyulduğu və damardan maye (intravenoz) müalicəsi aldığı bildirilib. Səhhətinin hazırda yaxşı olduğu vurğulanıb.

Qeyd edək ki, Netanyahuya qarşı beynəlxalq və daxili təzyiqlərin artdığı bir dövrdə baş verən bu səhhət problemi ölkə gündəmini dəyişib. Xüsusilə, ABŞ və Qətərdə aparılan atəşkəs danışıqları və HƏMAS ilə əsir mübadiləsi məsələsindəki gərginlik fonunda Netanyahunun istirahətə çəkilməsi diqqət çəkir.

Chosen
87
10
turkic.world

10Sources