Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib. Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır.