EN

Canan Karatay reseptini açıqladı: Quru öskürəyi anında yox edir

Prof. Dr. Canan Karatay, xüsusilə yay aylarında soyuq su içildikdən sonra meydana çıxan quru öskürək üçün təsirli təbii reseptini açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu resept boğazdakı qıcıqlanmanı qısa zamanda aradan qaldırır və öskürəyi əhəmiyyətli dərəcədə azaldır.

Karatayın təqdim etdiyi qarışığın əsasını zeytun yağı təşkil edir. Çiy yumurta ilə qarışdırılmış zeytun yağının istehlakı boğazı yumşaldır və öskürəyi yüngülləşdirir. Eyni zamanda zeytun yağının təbii antibakterial təsirə malik olduğu bildirilir.

Reseptə daxil olan digər maddələrdən biri qazlı sudur. Bu üsul adətən qarqara şəklində tətbiq olunur və boğazda mikroorqanizmlərin yayılmasının qarşısını alır. Karatay qazlı suyun boğaz infeksiyalarına qarşı təsirli qoruyucu təsir göstərdiyini vurğulayır.

Karatayın tövsiyəsində sümük bulyonu da yer alır. Osmanlı mətbəxində geniş istifadə olunan bu bulyona limon suyu və kristal qaya duzu əlavə olunur. Onun sözlərinə görə, bulyonun tərkibindəki kollagen boğaz qıcıqlanmasını azaldır, limon və duz isə bakteriyalara qarşı təbii müdafiə rolunu oynayır.

Qeyd edilir ki, bu resept rəsmi tibbi müalicəni əvəz etmir. Əgər öskürək uzun müddət davam edərsə və ya şiddətlənərsə, həkimə müraciət etmək vacibdir. Karatayın resepti yalnız dəstəkləyici məqsədlə istifadə olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Chosen
43
e-saglam.az

1Sources