Müğənni Rəqsanə İsmayılova iş adamı Fazil Əmiraslanovdan boşanması iddialarına cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı həyat yoldaşından ayrılmadığını deyib.
""Boşandıq, bitdi" mahnısını qoydum, hamı elə bildi, mən boşanmışam. Amma mən boşanmamışam, ərim yanımdadır. Onunla gözəl bir klipim çıxacaq", - deyə Rəqsanə qeyd edib.