Yunanıstan “Olimpiakos"u heyətini yeni basketbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Azərbaycan millisinin Amerikadan olan oyunçusu Donta Hall Yunanıstan təmsilçisinə transfer olunub.
Onunla 3 illik müqavilə bağlanıb. Basketbolçu son olaraq İspaniyanın “Baskonia” klubunda oynayıb.
Donta Halla 2023-cü ildə Azərbaycan vətəndaşlığı verilib.