EN

İki qardaşdan biri niyə Azərbaycan yığmasına üstünlük verdi?

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün seçimi Türkiyədə geniş müzakirə mövzusu olub.

Sportinfo.az xəbər verir ki, Orkun Kökçünün “Beşiktaş”a transferi barədə dərc edilən məqalədə onun böyük qardaşı Ozan Canın niyə Azərbaycan yığmasına üstünlük verməsi yazılıb.

Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi üç il əvvəl Azərbaycan millisindən təklif aldığı zaman Türkiyə Futbol Federasiyasının da maraq dairəsində olub.

Lakin həm AFFA-nın israrını, həm də daha çox oyun şansı əldə etmək variantını nəzərə alan Kökçü seçimini Azərbaycan millisinin xeyrinə edib.

Orkun isə Azərbaycan, Niderland və Türkiyə milliləri arasından sonuncuya üstünlük verib.

Ozan Can Kökçü 2022-ci ildən bəri millimizin heyətində 13 oyun keçirib.

Chosen
9
50
sportinfo.az

9Sources