Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb.
Axar.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Nurlan Eldar oğlu Nağıyev sürücülük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Müşfiq Əsgər oğlu Eminovu vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.