Mərkəzi Bank iyunun 11-də açıqladığı qərarda inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalmasının növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada biləcəyini vurğulamışdı.
Analitiklər qeyd edirlər ki, bu, yumşalma istiqamətində açıq siqnaldır, lakin şərt kimi qeyri-müəyyənliyin azalmasını göstərilir. Bu isə uçot dərəcəsinin endiriləcəyinə tam zəmanət vermir. AMB bu iclasda uçot dərəcəsini dəyişməz saxlayacaq, lakin mətbuat konfransında daha açıq yumşalma siqnalları verilə bilər. Əgər avqust-sentyabr aylarında inflyasiyada azalma davam edərsə, oktyabrda ilk faiz endirimi baş tuta bilər.
Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. (apa)
5Sources
-
demokrat.azMərkəzi Bank növbəti dəfə uçot dərəcəsini sabit saxlaya bilər ( 19453064)
-
marja.azTürkiyə Mərkəzi Bankının faiz dərəcələrini aşağı salacağı gözlənilir ( 19381120)
-
axar.azDollarla bağlı rezonans doğuran tələb - Dəyişikliklər ola bilər ( 19351045)
-
referans.azDollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilər ( 19350811)
-
konkret.azDollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilər ( 19349920)