EN

BOKT-ların kapital tələblərinə nəzarət gücləndirilib

Finss.az - Azərbaycan Mərkəzi Bankı kapital tələblərinə əməl etməyən bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyasının ləğv edilə biləcəyini açıqlayıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, AMB-nin İdarə Heyəti BOKT-lərin fəaliyyətini tənzimləyən iki yeni normativ sənədi – “Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası”“Kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiqləyib. Qüvvəyə minən bu sənədlərlə kommersiya hüquqi şəxs statusuna malik BOKT-lər üçün minimum nizamnamə və ümumi kapital məbləği 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə 100 min manat müəyyən edilib.

Yenilənmiş tələblər BOKT-lərin maliyyə dayanıqlığını artırmağa yönəlib. Mərkəzi Bank bildirir ki, əksər təşkilatlar artıq bu tələbləri yerinə yetirib. Lakin bəzi təşkilatlar hələ də kapital tələblərinə uyğunlaşmayıb və onlarla bağlı inzibati tədbirlər çərçivəsində lisenziyanın ləğvi nəzərdən keçirilir.

Qurum onu da vurğulayıb ki, BOKT-lərin fəaliyyəti yeni qaydalar əsasında davamlı nəzarətdə saxlanılır və tələblərə əməl etməyənlərə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Chosen
4
20
fins.az

10Sources