Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan-Culfa magistral avtomobil yolunun Babək rayon ərasizindən keçən hisəsində “Foton” markalı yük avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, dərhal Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.
Hadisə nəticəsində yük avtomobilin qoşqusun şinləri və üzərində olan yükün bir qismi yanıb.
Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.