EN

Goranboyda ağır qəza – xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Ulusal.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
50
moderator.az

10Sources