EN

"Koroğlu” körpüsünün üzərində qəza oldu – FOTO

Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Hazırda polis əməkdaşları hadisə yerindədir və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülür.




Bizim.Media

Chosen
8
50
bizim.media

6Sources