EN

Adil Kərimli: Azərbaycan mediası dünyaya öz gücünü nümayiş etdirən təsisata çevrilib

BAKI, 21 iyul. TELEQRAF

"Milli mətbuatın 150 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək çox qürurvericidir".

Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə media nümayəndələrini təbrik edərkən deyib.

"Təqdim edilən video çarxda Azərbaycan milli mətbuatının inkişafına və gələcək perspektivlərinə birgə baxış ulu öndər Heydər Əliyevvə cənab Preziden İlham Əliyevin nitqlərində də qeyd olundu.
Azərbaycanda mətbuat və medianın tarixi çox dərin köklərə malikdir. Həsən bəy Zərdabinin 150 il öncə təsis etdiyi ilk mətbu orqanın tarixçəsi bu sahədə böyük bir yolun başlanğıcı oldu. Bu tarix birgə inkişaf edərək bu günümüzə qədər gəlib çatıb.

Bu gün mədəniyyətimiz Prezidentin rəhbərliyi altında çoxşaxəli inkişaf edir. Mediamıza verilən dəyər və diqqət, bir neçə gün əvvəlIII Şuşa Qlobal Media Forumu çərçivəsində cənab Prezidentin çıxışında da öz əksini tapdı.

Azərbaycan mediası artıq yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə ciddi bir inkişaf yolu keçmiş və dünyaya səs salmaq gücünə malikdir. Bu bizi çox sevindirir.

Təbii ki, bu inkişafın kökləri uzaq keçmişə dayanır. Xüsusilə də müasir medianın formalaşmasında ulu öndərin misilsiz töhfələrini xüsusi vurğulamaq istəyirəm. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycandilli mətbuat orqanlarının sayı və təsir gücü əhəmiyyətli dərəcədə artmağa başladı.

Bu gün Azərbaycan mediası dünyaya öz gücünü nümayiş etdirən mühüm bir təsisata çevrilib. Milli mədəniyyətin qorunması sahəsində də media ciddi uğurlara imza atıb. Medianın gücü hər zaman milli birlik və həmrəyliyin ifadəsi olmuş, cəmiyyətin önündə gedərək mühüm rol oynayıb.

44 günlük Vətən müharibəsi dövründə informasiya müharibəsi də paralel olaraq gedirdi. Bu sahədə də Azərbaycan mediası üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və həqiqətləri dünyaya çatdırmaqla informasiya cəbhəsində də öz qələbəsini qazandı",-deyə mədəniyyət naziri vurğulayıb.

Nazir onu da əlavə edib ki, ilk iş yeri media sahəsində olub.

Chosen
11
50
teleqraf.com

10Sources