Özbəkistan paytaxtının Fövqəladə Hallar İdarəsi hadisənin təfərrüatlarını açıqlayıb.
Daşkənd şəhərinin Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, paytaxtın Üçtəpə rayonu, Birlik məhəlləsində sərnişin avtobusunda yanğın baş verməsi barədə təcili yardım xidmətinə məlumat daxil olub.
Hadisə yerinə gələn yanğınsöndürmə və xilasetmə qrupları yanğın tamamilə söndürülüb.
Məlum olub ki, yanan avtobus 18-ci avtobazaya məxsus 64 saylı marşrut xəttidir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.
QAZİLER.AZ