EN

Vanq Delu: 44 günlük müharibədə qazanılan Zəfərdən sonra Qarabağın inkişafı üçün yeni bir yol açılıb

Şuşa, 21 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

Prezident İlham Əliyevin fəaliyyətində səmərəlilik və strateji yanaşma var. Azərbaycan Prezidenti iki gün əvvəl jurnalistlərlə görüş zamanı çox aktual suallara cavab verdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada keçirilən Qlobal Forumun "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı panelində Çin Media Qrupunun Avrasiya Bürosunun baş redaktorunun birinci müavini Vanq Delu deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə qazanılan Zəfərdən sonra Qarabağın inkişafı üçün yeni bir yol açılıb: “Biz azad edilən torpaqların nə dərəcədə bərpa olunduğunu burada keçirilən tədbirlər zamanı görürük”.

Vanq Delu ən son texnoloji fikirləri bölüşməyin önəmini, həmçinin media nümayəndələri ilə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

Chosen
17
20
azertag.az

10Sources