EN

Ziphora Maubane: Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda səmimi və açıq danışdı

Forumun ilk günü Prezident İlham Əliyev çox şəffaf şəkildə suallara cavab verdi. O, səmimi və açıq danışırdı.

Bu sözləri APA-ya açıqlamasında Afrika İttifaqı İnkişaf Agentliyinin Baş Direktorunun Ofisi Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Ziphora Maubane deyib.

“Prezident İlham Əliyev bizə vaxt ayırdı. Bu, çox möhtəşəm idi. Biz - Şuşa Qlobal Media Forumunun iştirakçıları təxminən iki saat yarım ərzində Prezidentlə birbaşa görüşdə olduq. Mən Prezidentdən Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq mövqeyi barədə soruşdum. O, enerji və infrastruktur kimi müxtəlif sahələrdə Afrika ölkələri ilə əməkdaşlığa hazır olduğunu vurğuladı”, - Ziphora Maubane qeyd edib.

Chosen
14
50
apa.az

10Sources