EN

Yasamal rayonunda yeni işıqfor obyektləri istifadəyə verilib

Sürücülərin nizamlanmayan yolayrıcı qaydalarına əməl etmədiyi və bu səbəbdən qəzaların baş verdiyi yolayrıclarında yeni işıqforlar quraşdırılıb. 

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxtın Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində monitorinq keçiriblər. Tədbirlər zamanı qeyd olunan nizamlanmayan yolayrıcında qəzaların baş verdiyi, nəqliyyat sıxlığının və piyadalar üçün təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq yolda yeni nəqliyyat işıqforları quraşdırılıb. LED işıqlandırma ilə təchiz olunan bu işıqforlarda piyada bölmələri də istifadəyə verilib. Bununla da mövcud problem aradan qalxıb. 

Bundan əlavə, mərkəz tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsində də yeni işıqfor obyektləri istifadəyə verilib. Nəticədə qəza riskləri azaldılıb, həmçinin piyadaların hərəkəti daha təhlükəsiz təşkil olunub.

P.ƏMİRCANOV
XQ

Chosen
25
7
xalqqazeti.az

10Sources