EN

Azərbaycan klublarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq

Bu gün UEFA konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da start veriləcək tədbirdə Azərbaycan klubları “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşəcək.

Səpələnmişlər səbətində yer alan “Petrokub” (Moldova) - “Sabah” və “Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibləri səpələnməmişlər cütünün ən güclüsü ilə qarşılaşacaq.

Səpələnməmişlər səbətində yer alan "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə səpələnmişlər səbəbtində yer alan cütlüklərin ən güclüsü ilə üz-üzə gələcək.

"Cebheinfo.az"

Chosen
31
7
cebheinfo.az

10Sources