Ukrayna prezidenti Vladimir Zelenski 16 yeni səfir təyin edib.
XəzərNews.az xəbər verir ki, bu barədə o, Telegram səhifəsində məlumat verib.
"Hərbçilərin və Ukrayna daxili işlər nazirinin hesabatlarından sonra bu gün səhər mən Ukraynanın Xarici İşlər Naziri və Ofis komandası ilə görüş keçirdim. Biz Ukraynanın səfiri təyin olunmaq üçün namizədlərin seçilməsi ilə bağlı uzun prosesi başa çatdırdıq. Mən 16 səfir təyin etdim", - Ukrayna lideri yazıb.
Onun sözlərinə görə, səfirlərin hər biri üçün şəxsi tapşırıqlar və fəaliyyətin qiymətləndirilməsi meyarları müəyyən edilib.
Zelenski bu gün diplomatlarla görüş keçirəcəyini də açıqlayıb. Görüş çərçivəsində növbəti altı ay üçün Ukrayna diplomatiyasının prioritetləri açıqlanacaq.
Xəbər 3 dəfə oxunub.