EN

Arda Turan türkiyəli qapıçını "Şaxtyor"a gətirir

"Şaxtyor" Türkiyə millisinin və “Eyüpspor”un qapıçısı Berke Özerlə maraqlanmağa başlayıb.

Operativ Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Donetsk təmsilçisi 25 yaşlı qolkiper üçün Superliqa klubuna müraciət edib.

Ukrayna nəhənginin baş məşqçisi Arda Turan Özeri sərəncamında görmək istəyir. Berkenin Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Altınordu”, “Fənərbaxça”, “Vesterlo”, “Portimonense”, “Ümraniyespor” klublarının qapısını qoruyub.

Chosen
31
13
operativmedia.az

7Sources