“Mülki Müqavilə Partiyasının tərəfdarlarını və üzvlərini toplayan Paşinyan katolikosun iqamətgahına yürüş keçirmək niyyətindədir. Tarix təsadüfən seçilməyib - Baş nazir iyulun 18-dən 23-dək məzuniyyətdədir. Paşinyan aksiyanın ssenarilərini şəxsən müzakirə edib və onu öz aparat rəhbəri Araik Arutyunyanla razılaşdırıb. Mütəşəkkil qrupların, mülki geyimli polislərin və təhlükəsizlik qüvvələrinin iştirakı ilə din adamlarının mümkün müqavimətinin yatırılacağı gözlənilir”, - mənbə bildirib.