EN

Sumqayıtdakı yanğından neçə nəfər zəhərlənib? - AÇIQLAMA

20.07.2025-ci il tarixində saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə mərkəzin məlumatında bildirilib. Qeyd edilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.

Təcili tibbi yardım xidməti tərəfindən 8, ailə üzvləri tərəfindən isə 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Chosen
31
38
unikal.az

10Sources